MƏDƏNİYYƏT
BAKIDA BEYNƏLXALQ FİRDÖVSİ KONFRANSI KEÇİRİLƏCƏK
İran İslam Respublikasının ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bunu nəzərə alaraq səfirliyimizin mədəniyyət mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə birgə mayın axırlarında “Firdövsi və Şahnamə” adlı Beynəlxalq elmi konfrans keçirəcəkdir.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar aşağıdakı mövzular üzrə məruzələrini təkşilat komitəsinə təqdim edə bilərlər;
- Firdövsinin dövrü, həyatı və şəxsiyyəti;
- “Şahnamə”nin yazıldığı şərait;
- “Şahnamə”nin ədəbi-tarixi əhəmiyyəti;
- Firdövsinin vətənpərvərliyi;
- Firdövsinin əxlaqi görüşləri;
- Firdövsinin dini baxışları;
- Farsdilli epik şerin inkişafında Firdövsinin rolu;
- “Şahnamə”də eşq;
- “Şahnamə”də ağıl və düşüncəyə verilən əhəmiyyət;
- “Şahnamə”nin Şərq və Qərb ölkələrində tədqiqi və tərcüməsi;
- Firdövsi və Azərbaycan ədəbiyyatı;
- “Şahnamə”nin müasir İran ədəbiyyatına təsiri;
- “Şahnamə”nin dili;
- “Şahnamə”nin tədqiqinin aktual problemləri.
Məruzələr aprelin axırınadək Konfransın təşkilat komitəsinə (H.Cavid prospekti, 31, VII mərtəbə, tel: 38- 66-01) göndərilməlidir.
Məruzələr kompüterdə yığılmalı və kağıza çıxarılmış nüsxə ilə birgə disketdə təqdim olunmalıdır. Məruzənin həcminin A4 formatı ilə 10-15 səhifə olması arzu edilir.
Təşkilat komitəsi məruzələri nəzərdən keçirdikdən sonra ən yaxşılarını müəyyən edəcək və qaliblərə mükafat veriləcəkdir.
Konfransın materialları kitab şəklində nəşr ediləcəkdir.