İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 780 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4939 manat olmuşdur. Təklif 850 min dollar və tələb 780 min dollar olduğu halda manatın məzənnəsi 2 bənd qalxaraq, 1 dollar üçün 4937 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4937 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 1 milyon 392 min ABŞ dollarına bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 6,872 milyarddır. Bir əqdə, orta hesabla, 198 857 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
Banklar BEST-də AVRAZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 8,142 milyard manat məbləğində kredit cəlb etmiş və yerləşdirmişlər.
Martın 3-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.