İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 650 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4922 manata bərabər idi. Təklif 650 min və tələb 570 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd qalxmış və 1 dollar üçün 4921 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4922,98 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 545 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 2,683 milyarddır. Bir əqdə, orta hesabla, 109 000 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit
bazarında banklar, ümumən, 10,154 milyard manat məbləğində kredit
cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Aprelin 14-də birjada banklar arasında kredit alətləri üzrə əqdlə
bağlanmamışdır.