BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
AzerTAg.az
Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə mayın 14-də USD/AZM-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 4915,84 manat olmuşdur.
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 700 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4917 manata bərabər olmuşdur. Təklif 700 min dollar və tələb 600 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd qalxmış və 1 dollar üçün 4915 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4915,99 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon 953 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 19,433 milyarddır. Bir əqdə, orta hesabla, 564 714 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də banklar AVR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 27,809 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 14-də Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var