Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
Bakı, 26 aprel, AZƏRTAC
Bu gün axşam saatlarınadək Masallının bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
AZƏRTAC-a “Azərişıq” ASC-dən bildirilib ki, “Cənub” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq “Masallı” yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
Bununla əlaqədar bu gün saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilələr yaranacaq.
Bütün işlər yekunlaşdıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]