İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın analitik-informasiya şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 450 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4912 manata bərabər olmuşdur. 450 min təklif və 400 min dollar tələb şəraitində manatın məzənnəsi 1 bənd qalxaraq, 1 ABŞ dolları üçün 4911 manat təşkil etmişdir.
Birja elektron hərracları sistemində (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 USD üçün 4911 manat həddində olmuşdur. USD/AZM T+0 aləti üzrə BEST-də 1 milyon 454 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalentində 7, 141 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 242,333 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar.
RURAZM TOM alətləri üzrə BEST-də 1 RUR üçün 161,74 manat məzənnəsi ilə 500 000 rubl məbləğində əqd bağlanmışdır.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında illik 10 faizlə 1,200 milyard manat və 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 6-da birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.