İQTİSADİYYAT
BAKI BANKLARARASI VALYUTA BİRJASINDA NÖVBƏTİ HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə, bağlanmış əqdlərin həcmi 1,150 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. 1,150 min dollar ilkin təklif və 1,050 min dollar tələb şəraitində manatın məzənnəsi bir bənd qalxaraq, 1 ABŞ dolları üçün 4912 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemində (BEST) ABŞ valyutasının qiyməti 1 USD üçün 4913 manat həddində olmuşdur. BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon 240 min dollara bərabər məbləğ qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 15,918 milyard təşkil edir. Bir əqdə, orta hesabla, 324 min dollar düşmüşdür. Tələb olmadığından dillerlər USDAZM T+1 və T+2 alətləri üzrə əqdlər bağlamamışlar. EUR/AZM və RURAZM TOM alətləri üzrə BEST-ə banklar tərəfindən sifariş verilməmişdir.
Banklar BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında, ümumən, illik 10 faizlə 1,150 milyard manat və illik 8 faizlə 200 min ABŞ dolları məbləğində kreditlər yerləşdirmək üçün sifarişlər vermişlər. Oktyabrın 22-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər bağlanmamışdır.