İDMAN
BAKI ŞƏHƏR BİRİNCİLİYİNİN QALİBLƏRİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, 26 iyun - Silahlı Qüvvələr günü ilə əlaqədar “Pəhləvan” İdman klubunda yeniyetmələr arasında yunan-Roma güləşi üzrə keçirilən paytaxt birinciliyi başa çatmışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın 15 idman klubu və cəmiyyətinin 145 yetirməsi mükafatlar uğrunda mübarizə aparmışdır. Vasif Əliyev (26 kq), Ağasəlim Həmidov (32 kq), Rövşən Tağıyev (38 kq), Rəşad Şükürov (44 kq), Zəlimxan Umxacıyev (50 kq), Samir Əfəndiyev (56 kq), Cavidan Hacıyev (62 kq) və Xəlil Nəcəfov (62 kq) birinci yeri tutmuşlar.
İdmançılara baş idarənin diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]