BALAKƏN RAYONUNA GÜCLÜ LEYSAN YAĞMIŞDIR

İyulun 20-nə keçən gecədən başlayaraq səhərədək Balakən rayonunun Katex, Hənifə, İtitala, Poştbinə kəndlərinə güclü tufanla müşayiət olunan leysan yağmış, dağ çayları daşaraq məcrasından çıxmış, 10-dan çox evin dam örtüyü dağılmış, xeyli mal-qara tələf olmuş, sakinlərin həyətyanı sahələrini su basmış, şəxsi və ictimai əmlaka ziyan dəymişdir.

Balakən rayon icra hakimiyyətindən bölgə müxbirimizə bildirmişlər ki, fövqəladə hallar üzrə rayon komissiyasının üzvləri dərhal təbii fəlakət zonasına gəlmiş, zərərçəkənlərə ilk yardım göstərmişlər. Texnika və canlı qüvvə həmin ərazidə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına səfərbər edilmişdir. Evləri dağılmış sakinlər təhlükəsiz yerlərə köçürülmüşlər. İnsan tələfatı yoxdur. Yaralananlara ilk tibbi yardım göstərilmişdir.

Baş vermiş təbii fəlakət barədə respublikamızın müvafiq təşkilatlarına məlumat verilmişdir. Rayon fövqəladə hallar üzrə komissiyası tufan və leysan nəticəsində dəymiş ziyanın həcmini dəqiqləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.