SİYASƏT


BALTİK AZƏRBAYCANLILARI KONQRESİ YARADILMIŞDIR

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanla Latviya, Litva və Estoniya arasında əlaqələrin inkişafı üçün mühüm addımlar atılır. Bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Riqada Baltik Azərbaycanlıları Konqresi təsis edilmişdir. Konqresin məqsədi Azərbaycanın xarici siyasətinin Latviyanın, Litvanın və Estoniyanın Avropa strukturlarında və digər beynəlxalq təşkilatlardakı nümayəndələrinin vasitəsilə dəstəkləməsinə nail olmaqdır.

Konqres, həmçinin bu ölkələrdə dünyaya gəlmiş azərbaycanlıların - yeni nəslin doğma Azərbaycanla əlaqələrini genişləndirmək, dilimiz, dinimiz və milli adət-ənənələrimiz barədə onlara ətraflı məlumat vermək, onları milli ruhda tərbiyə etmək üçün xüsusi proqramlar hazırlayacaqdır.

M.Həmzəyev demişdir ki, dünya azərbaycanlılarının II qurultayından sonra bizdə bu işə xüsusi həvəs yaranmışdır. Birinci qurultaydan sonra görülmüş işlər, xüsusən Azərbaycan Prezidentinin dediyi sözlərin əməli işdə öz təsdiqini tapması bizi daha da ruhlandırır. İnanıram ki, qarşıya qoyduğumuz məqsədə nail olacaq və doğma Vətənimizin problemlərinin həllinə, lobbiçiliyin inkişafına öz töhfəmizi verə biləcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.