ELM VƏ TƏHSİL


BANM-in tələbələri Böyük Britaniya və Tailandda keçiriləcək final yarışlarına hazırlaşırlar

Bakı, 30 oktyabr, AZƏRTAC 

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Böyük Britaniya və Tailandda keçiriləcək beynəlxalq yarışların final mərhələsində iştirak etmək üçün hazırlaşırlar.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, Dünya Robot Olimpiadasının Azərbaycanda keçirilən regional turunda ali məktəbin birinci yerə layiq görülən “Robo-Sapiens” komandası Tailandda final yarışına qatılacaq.

BANM-in ikinci kurs tələbələri Xalidə Əliyeva, Eyvaz Nəcəfli, Ramil Abbaszadə, onların mentorları Fərid Həmidov, Nəriman Tağızadə və ali məktəbin baş müəllimi Abbas Əlili ölkəmizi təmsil etmək üçün Tailanda yola düşəcəklər.

Ali məktəbin kimya mühəndisliyi ixtisası üzrə təhsil alan digər tələbələri Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Aleksandr Oborovsky, onların elmi rəhbəri Əmir Reza Vəxşuri isə Azərbaycanı Böyük Britaniyanın Edinburq şəhərində keçiriləcək “ClimateLaunchpad“ proqramının dünya finalında təmsil edəcəklər. Onlar “ThermoNorth” layihəsi ilə dünyanın ən böyük “təmiz texnologiya” startap akselerasiya proqramı olan “ClimateLaunchpad”ın “ClimateLaunchpad Azerbaijan 2018”də ölkə finalının qalibi olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.