BANQLADEŞDƏ DAHA BİR DƏHŞƏTLİ FACİƏ

AZƏRTAC-ın xarici mənbələrdən aldığı xəbərə görə, iyulun 8-də gecə Banqladeşin cənubunda çayda qəzaya uğrayan bərədə yol verilən normadan üç dəfə çox–min adam ola bilərdi. Faciə zamanı onların əksəriyyəti yatırdı. Buna görə də çox adam həlak olmuşdur. Hələlik hesab edilir ki, azı 600 adam həlak olmuş və ya itkin düşmüşdür. Amma güman edildiyinə görə, ölənlərin sayı daha çox ola bilər. Çayda hələlik üç sərnişinin cəsədi tapılmış, bir nəfər isə xəstəxanada keçinmişdir. Təxminən 200 sərnişinin bəxti gətirmişdir, onlar üzərək sahilə çıxmışlar. Banqladeş mətbuatı yazır ki, ölkənin çaylarında işləyən 20 min bərənin yalnız 800-ü sərnişin daşımaq üçün təhlükəsizdir. Hər il bu bərələrdə qəzalar baş verir və çoxlu insan tələf olur. Ən böyük faciə 1986-cı ilin aprelində Meqha çayında baş vermişdir. Çayda bərənin çevrilməsi nəticəsində 600 sərnişin ölmüşdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.