REGİONLAR
BAYTARLIQ APTEKLƏRİNDƏ REYDLƏR KEÇİRİLİR
Dövlət Baytarlıq Ximətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qurumun mütəxəssisləri iyulun əvvəlindən başlayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxta, vaxtı keçmiş, satışı qanunla qadağan edilən, kustar üsulla qablaşdırılan, mənşəyi məlum olmayan, saxlanılma qaydalarına riayət edilməyən dərmanların satışını araşdırmaq məqsədilə reyd keçirmişlər. Reydlər Bakı şəhəri, Zaqatala və Balakən rayonlarındakı baytarlıq apteklərini əhatə etmişdir.
Reydlər zamanı xidmətin mütəxəssisləri heyvandarlıqda tətbiq edilən 80 adda dərman preparatlarının aptektlərdə qeyri-qanuni satıldığını müəyyən etmişlər. Bu dərmanlar “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən apteklərdən yığışdırılmış və zərərsizləşdirilməsi üçün respublika baytarlıq laboratoriyasına gətirilmişdir.
Baytarlıq apteklərindən müsadirə edilmiş dərman preparatları 11 ölkənin istehsalıdır. Onların arasında Rusiya, İran, Hindistan, Hollandiya, Polşa, Türkəyə və digər ölkələrin istehsalı üstünlük təşkil edir. Həmin dərmanlar Respublika Baytarlıq Laboratiyasının krematoriyasında məhv edilmişdir.
Xatırladaq ki, belə reydlər bu il mayın 30-da Bakı şəhəri, İmişli, Biləsuvar, Beyləqan, Saatlı, Sabirabad və Lənkəran rayonlarındakı baytarlıq apteklərində də aparılmışdır.