İQTİSADİYYAT
“BDO” şirkətinin nümayəndə heyəti Azərbaycan auditi barədə məlumatlandırılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Auditorlar Palatasında “BDO” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə baş direktoru, Norveç ofisinin keçmiş idarəedici partnyoru Trond-Morten Lindberg və “BDO”nun İsrail ofisinin idarəedici patnyoru Şahar Ziv ilə işgüzar görüş keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara ölkəmizdə şəffaflığa və hesabatlılığa verilən önəm, Azərbaycan auditi, Auditorlar Palatasının tarixi, dövlət proqramlarında iştirakı, kölgə iqtisadiyyatının azaldılması sahəsində görülən tədbirlər, habelə "BDO Azərbaycan" MMC-nin fəaliyyəti və uğurları barəsində ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
T.Lindberg audit sahəsində görülən işlərin beynəlxalq tələblərə müvafiqliyini vurğulayıb, Ş.Ziv isə İsrail-Azərbaycan audit tənzimləyicilərinin əməkdaşlığının qurulması sahəsində müvafiq addımların atılmasına müsbət münasibətini bildirib.