ELM VƏ TƏHSİL
BDU aliminin məqaləsi Q1 kateqoriyalı beynəlxalq jurnalda dərc edilib
Bakı, 3 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllif olduğu məqalə yüksək impakt faktorlu, Q1 kateqoriyalı “Journal of Mathematical Inequalities” nəşrində dərc edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “Karnot qruplarında təyin olunmuş ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatorunun və onun kommutatorlarının xüsusiyyətləri” adlı məqalədə müvafiq inteqral operatorun güclü və zəif Spanne tipli məhdudluğu üçün meyarlar göstərilib.
Jurnalın impakt faktoru 1.219-dur.