ELM VƏ TƏHSİL


BDU alimlərinin məqaləsi impakt faktorlu jurnalda

Bakı, 25 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sənaye Kimyası və Mikrobiologiya və Virusologiya elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Ülviyyə Həsənova, Aygün İsrayılovanın həmmüəllif olduqları “9-fenantrenkarboksialdehid əsasında tiodihidropirimidin törəməsinin sintezi, kristal quruluşu, Hirşfeld səth, in siliko və antibakterial tədqiqatları” adlı məqalə impakt faktorlu “Journal of Molecular Structure” jurnalında (İF=3.196, Q3) yer alıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədqiqat işi 9-fenantrenkarboksialdehid əsasında yeni dihidropirimidinin Bijinelli reaksiyası şəraitində sintezi və onun bioloji aktivliyinin tədqiqinə həsr edilib. Birləşmənin quruluşu Nüvə Maqnit Rezonans (NMR) və kütlə-spektroskopiya (mass) üsulları ilə tədqiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.