ELM VƏ TƏHSİL
BDU-da “Oksidləşdirici stres” mövzusunda elmi seminar
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, fakültənin III kurs tələbəsi Mələkxanım Mehrəliyeva “Oksidləşdirici stres” mövzusunda çıxış edib. O, mövzunun aktuallığından, oksidləşdirici stresdən, onun yaranma səbəblərindən, sərbəst radikallardan, yüksək stres altında yaranan xəstəliklərdən, antioksidantlardan bəhs edib. Bu sahədə aparılan elmi-tədqiqat işləri, oksidləşdirici stresin yaranmasının biofiziki və biokimyəvi mexanizmləri və dünya alimləri tərəfindən əldə olunmuş nailiyyətlərin təcrübədə tətbiq sahələri barədə məlumat verib.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.
Seminarda Biologiya fakültəsinin dekan müavini Səbinə Ömərova, TEC-nin elmi rəhbəri Çingiz Məmmədov, Biofizika və biokimya kafedrasının professoru Rövşən Xəlilov, fakültənin əməkdaşları Aftandil Musayev, Samirə Salayeva, Kəmalə Əsədova və TEC-nin üzvləri iştirak ediblər.