ELM VƏ TƏHSİL
BDU-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgisi
Bakı, 17 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi təşkil edilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov, Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin rəhbəri Mais Süleymanov sərginin əhəmiyyətini vurğulayıblar.
Sərgidə fakültə tələbələrinin milli vətənpərvərlik ruhunda, eyni zamanda, təbiətin gözəlliyini əks etdirən rəsm əsərləri, əməkdaşların milli kulinariyamıza aid şirniyyatları, xonçaları və müxtəlif əl işləri nümayiş etdirilib.
Sonra bədii hissə təqdim olunub. BDU-nun folklorşünas alimləri Novruz bayramının tarixindən bəhs ediblər.