ELM VƏ TƏHSİL


BDU-da Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib VİDEO

Bakı, 12 mart, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Yel çərşənbəsinə həsr olunmuş tədbir keçirilib.

BDU-nun rektoru Elçin Babayev bayram münasibətilə kollektivi təbrik edib, hər kəsə sağlamlıq, firavan həyat arzulayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr verən, milli ənənə və dəyərləri qoruyub saxlayan Novruzun tarixi və mahiyyətindən danışan Elçin Babayev bu bayramın ümidin, təbiətin yeniləşməsinin, eləcə də dostluğun, sülh və əməkdaşlığın təzahürü olduğunu diqqətə çatdırıb.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə xarici ölkələrin milli adət-ənənələri ilə bağlı səhnəciklər göstərilib. Tələbələr ədəbi nümunələr səsləndirib və musiqilər ifa ediblər.

Tədbirdə türk xalqlarının milli adət-ənənələri və Novruz rəmzləri ilə bəzədilmiş bayram süfrələri açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.