ELM VƏ TƏHSİL


BDU-da "Blackboard” elektron təhsil sisteminin tətbiqi üzrə təlimlərin iştirakçılarına sertifikatlar təqdim olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) "Blackboard” elektron təhsil sisteminin tətbiqi ilə bağlı təşkil edilən təlimlərinin iştirakçılarına sertifikatların təqdimedilmə mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Mərasimdə çıxış edən universitetin rektoru Elçin Babayev bildirib ki, "Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradır.

Rektor hibrid dərs modeli haqqında məlumat verib, bu sistemin BDU-da uğurla tətbiq edilməsindən danışıb.

ADA Universitetinin tədris üzrə prorektoru Vəfa Kazdal “Blackboard” Azərbaycanın ADA Universiteti də daxil olmaqla, dünyanın bir çox universitetlərində istifadə edildiyindən bəhs edib. Bildirilib ki, sistem universitetdə beynəlxalq təcrübənin tətbiqinə, e-təhsilin təkmilləşdirilməsinə və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaradır.

Rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev qeyd edib ki, “Blackboard” üçün mühüm yerli tərəfdaşlardan biri hesab edilən BDU-da şirkət tərəfindən təklif olunan xidmətlərin böyük əksəriyyəti tətbiq edilir.

“Blackboard” elektron təhsil sisteminin təlimçisi Basel Abu-Khiran qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib, yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.