ELM VƏ TƏHSİL


BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

BDU-da akademik Həsən Əliyevin 115 illiyinə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb

Bakı, 30 yanvar, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində akademik Həsən Əliyevin 115 illik yubileyinə həsr olunmuş yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Ötən ilin dekabrında elan olunmuş müsabiqənin məqsədi tələbələrin ətraf mühitin mühafizəsi sahəsindəki yaradıcı düşüncələrini inkişaf etdirmək olub. Müsabiqəyə ətraf mühitin mühafizəsi istiqamətində çağırışlara həsr olunmuş maket və rəsmlər təqdim olunub. Münsiflər heyəti təqdim olunan əsərləri ideya məzmununa, tərtibat xüsusiyyətlərinə görə qiymətləndirib. Fakültənin II kurs tələbəsi Məleykə İbrahimli müsabiqədə I yerə, I kurs tələbəsi Ləman Məliqasımlı II yerə, III kurs tələbəsi Oqtay Məmmədov isə III yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.