Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-da akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş beynəlxalq konfransın açılış mərasimi keçirilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Rəfiqə Əliyeva ölkəmizdə kimya elminin inkişafına böyük töhfələr verib. Görkəmli alimin dünyanın nüfuzlu elmi jurnallarında dərc olunmuş məqalələri, fundamental monoqrafiyaları, mühüm elmi nəticələri kimya elmi sahəsində ölkəmizin adının tanıdılmasında müstəsna rol oynayıb. Rəfiqə Əliyeva, eyni zamanda, onu tanıyanların yaddaşına vətənpərvər ziyalı, ölkənin ictimai həyatında fəal iştirak edən, cəsarətli mövqeyi, xeyirxahlıq missiyası ilə seçilən parlaq bir şəxsiyyət kimi həkk olunub: “Akademik Rəfiqə Əliyeva ziyalılığı, kübarlığı, müdrikliyi, xalqına və Vətəninə bağlılığı, dövlətinə sədaqəti ilə onu tanıyanların hər biri üçün insanlıq nümunəsidir”.

Rektor qeyd edib ki, akademik Rəfiqə Əliyeva uzun illər ölkəmizdə kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb, onun rəhbərliyi ilə 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib. Akademik Rəfiqə Əliyeva 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş 2 cildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları məhz akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Onun rəhbərliyi ilə Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında müxtəlif illərdə ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənilib hazırlanıb. Akademik Rəfiqə Əliyevanın səmərəli elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Alim 2000-ci ildə “Əməkdar elm xadimi” adına layiq görülüb, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda, görkəmli alim akademik “Yusif Məmmədəliyev adına” mükafata layiq görülüb. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Elm və Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif olunub, O, 2005-ci ildə BDU-nun təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Alimin müəllifi olduğu “Ekologiya” və “Ümumi ekologiya” adlı dərs vəsaitləri Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Həsən Əliyev adına” mükafata layiq bilinib.

Akademik Rəfiqə Əliyeva yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı kimi hər zaman insanlara yaxşılıqlar edib. Xeyirxah, nəcib əməllərin sahibi olub. Bütün bu keyfiyyətlər, ilk növbədə, onun mənsub olduğu ailədən, soy-kökdən irəli gəlir. Akademik Rəfiqə Əliyevanın əziz və unudulmaz xatirəsi öz taleyini bağladığı və inkişafına böyük töhfələr verdiyi Bakı Dövlət Universitetində həmişə hörmətlə və ehtiramla yad edilir. Görkəmli alimin elmi məktəbi onun davamçıları tərəfindən daha da inkişaf etdiriləcək.

Rəfiqə Əliyevanın qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva onun əsl pedaqoq, elm fədaisi, gözəl ana, mübariz vətəndaş olduğunu bildirib. Qeyd edib ki, ömrünün 60 ilini Bakı Dövlət Universitetinə həsr edən Rəfiqə Əliyeva bütün tələbələrinin sevimli müəllimi olub: “Akademik Rəfiqə Əliyeva analitik kimya elmində böyük məktəb yaradıb. Hazırda onun tələbələri Azərbaycanda və bir çox ölkələrdə uğurla çalışırlar. Rəfiqə Əliyeva qürurlu, məğrur, prinsipial bir şəxsiyyət idi. Rəfiqə Əliyeva ümummilli liderimiz Heydər Əliyevin bacısı və silahdaşı kimi bu adı şərəflə daşıyırdı. O, Azərbaycanda ekoloji kimya elminin təməlini qoyan və inkişaf etdirən böyük alimdir. Mən fəxr edirəm ki, anamın yolunu davam etdirirəm”.

Daha sonra türk dünyasının fəxri, dünyaşöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin konfrans iştirakçılarına məktubu oxunub.

Baş nazirin müavini Əli Əhmədov çıxışında akademik Rəfiqə Əliyevanın universitet alimləri arasında böyük nüfuza malik olduğunu xatırladıb. Bildirib ki, akademik Rəfiqə Əliyeva Azərbaycan elminin, təhsilinin, BDU-nun inkişafında misilsiz xidmətlər göstərib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov akademik Rəfiqə Əliyevanın zəngin bioqrafiyasına diqqət çəkərək, onun böyük alim, yüksək intellekt sahibi və tələbkar insan olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov isə akademik Rəfiqə Əliyevanın nümunəvi alim, pedaqoq, ana olduğunu, Azərbaycan elminin, təhsilinin inkişafına böyük töhfələr verdiyini bildirib. O vurğulayıb ki, ümumtəhsil məktəblərinin “Kimya” dərsliklərinə akademik Rəfiqə Əliyevanın tədqiqatlarına dair xüsusi mövzular salınıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə diqqətə çatdırıb ki, akademik Rəfiqə Əliyevanın neft-qazla çirklənmiş ərazilərin ekologiyasının qorunmasında böyük xidmətləri var: “Rəfiqə Əliyeva neft emalı zavodlarında müasir laboratoriyaların qurulması zamanı çox ciddi ekoloji tələblər qoyurdu. Azərbaycanın neft-kimya, qaz-kimya sənayelərinin inkişafında Rəfiqə Əliyevanın töhfələri böyükdür”.

Sonra “Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyasının prezidenti akademik Valter Koflerin BDU-nun rektoru Elçin Babayevə təbrik məktubu səsləndirilib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova akademik Rəfiqə Əliyevanın görkəmli alim, pedaqoq, nümunəvi ana olmaqla yanaşı, hər zaman ictimai-siyasi proseslərin önündə olduğunu vurğulayıb. O, Yeni Azərbaycan Partiyasının qurucularından, ümummilli liderimiz Heydər Əliyevin ən yaxın silahdaşlarından biri idi. Rəfiqə Əliyeva müasir Azərbaycan qadın hərəkatının öncül simalarından biri kimi tanınır.

ICESCO Baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif isə akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, ICESCO ilə BDU-nun çox uğurlu əməkdaşlığı var. O, konfransda iştirakdan məmnunluğunu qeyd edib.

Professor Dilarə Seyidzadə isə akademik Rəfiqə Əliyeva ilə bağlı xatirələrini bölüşüb, onun dəyərli alim, elm fədaisi olmaqla yanaşı, xeyirxah qəlbə sahib gözəl ailə sahibi, əsl dost olduğunu diqqətə çatdırıb.

Akademik Rəfiqə Əliyevanın qızı, dosent, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova beynəlxalq konfransın təşkilinə görə minnətdarlığını bildirib. O, Rəfiqə Əliyevanın hər zaman ailəsinin qürur mənbəyi, tələbələrinin sevimlisi olduğunu vurğulayıb: “Rəfiqə Əliyeva nəcib, humanist ruha malik şəxsiyyət idi. Onun xatirəsi xalqımızın, tələbələrinin qəlbində əbədi yaşayacaq”.

Qeyd edək ki, iki gün davam edəcək konfransın təşkilində əsas məqsəd müasir kimyanın fundamental və tətbiqi sahələri üzrə dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, əldə edilmiş ən mühüm nəticələri müzakirə etmək, yeni prioritet istiqamətləri müəyyənləşdirmək, bu sahədə elmi nailiyyətləri və təcrübələri paylaşmaq, habelə əldə edilən nəticələrin təcrübədə tətbiqinin forma, metod və yollarını tapmaq və gənclərin elmə olan marağını artırmaqdır.

Türkiyə, Pakistan, Almaniya, Ukrayna, Böyük Britaniya, Belçika, Portuqaliya, Litva, Çin, Hindistan, Vyetnam, Polşa, Özbəkistan, Rusiya, Qazaxıstan, Gürcüstan kimi xarici ölkələrdən, ölkəmizin bir çox ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarından olan tədqiqatçıların iştirakı ilə keçirilən konfransda analitik kimya, ekoloji kimya və ətraf mühitin mühafizəsi, kimyanın tədrisi metodikası, perspektivli materialların sintezi, fiziki kimya və qeyri-üzvi materialşünaslıq kimi sahələr üzrə məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda müxtəlif ölkələrdən olan dəvətli məruzəçilərin bu sahənin problemləri və alınmış ən son nəticələr üzrə məruzələri də dinləniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub