ELM VƏ TƏHSİL


BDU-da elmi seminar: Azərbaycan və Böyük Britaniya KİV-də

Bakı, 13 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Qarşılıqlı dövlətlərarası münasibətlər: Azərbaycan və Böyük Britaniya KİV-də” mövzusunda onlayn elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının doktorantı Pərviz Məsməliyev mövzu ilə bağlı məruzə edib, Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən danışıb.

Doktorant müstəqillik illərində Azərbaycan və Böyük Britaniya arasında olan əməkdaşlıq məsələlərini iki ölkənin mətbuat orqanlarında dərc edilən materialları araşdırmaqla təhlil etdiyini vurğulayıb.

Fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, doktorantın elmi rəhbəri, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri professor Həmid Vəliyev, kafedranın müəllimləri dosentlər Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Aytəkin Zeynalova çıxış edərək məruzə ilə bağlı fikirlərini bildiriblər.

Sonra müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.