ELM VƏ TƏHSİL


BDU-da geoməkan və kosmik informasiya infrastrukturuna dair elmi-praktik konfrans

Bakı, 6 dekabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) birgə təşkilatçılığı ilə Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasının yaranmasının 50 illik yubileyinə həsr edilmiş “XXI əsr: Geoməkan məlumatları və kosmik informasiya infrastrukturu. İnnovasiyalar, səmərəli istifadə yolları” mövzusunda Respublika elmi-praktik konfransı keçirilir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, konfransda Geodeziya və kartoqrafiya kafedrasının fəaliyyətindən, bütövlükdə bu elmin ölkənin iqtisadiyyatı, təhlükəsizliyi üçün strateji əhəmiyyətindən danışılıb. Həmçinin “Azərbaycanda geoməkan məlumatları infrastrukturunun yaradılmasında innovasiyalar”, “Kosmik informasiyadan səmərəli istifadə yolları. “Azərkosmos” ASC-nin texniki imkanları” mövzularında məruzələr dinlənilib.

Konfrans işini sabah yekunlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.