ELM VƏ TƏHSİL


BDU-da onlayn tədbir: “44 fəsil”

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi və “BDU könüllüləri”nin birgə təşkilatçılığı ilə “44 fəsil” adlı onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov, Ekoloji kimya kafedrasının professoru Nazim Şəmilov, “BDU könüllüləri”nin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva çıxış ediblər. Çıxışçılar Müzəffər Ali Baş Komandanın qətiyyəti, mahir sərkərdəlik bacarığı, şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın ölkə rəhbərinin ətrafında dəmir yumruq kimi birləşməsi sayəsində Zəfər salnaməmizin ən şanlı, parlaq səhifələrinin yazıldığını diqqətə çatdırıblar.

Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri - Hatəm Həzizadə, Ömər Hümbətzadə, Nərmin Cavadlı, Gülər Quluzadə və Hüseyn Məmmədov çıxışlarında Azərbaycanın böyük Qələbəyə qədər keçdiyi ağır yoldan danışıblar.

Vətən müharibəsi qazisi İlkin Məmmədzadə müharibə ilə bağlı xatirələrini bölüşüb, dövlətin qazilərə olan dəstəyindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.