ELM VƏ TƏHSİL


BDU-da tələbə və məzunlar üçün “Peşəkar bank işçisi” mövzusunda təlim

Bakı, 22 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında “Qoşa saat” layihəsi çərçivəsində növbəti təlim keçirilib. “Peşəkar bank işçisi” mövzusunda keçirilən təlim BDU-nun Karyera və məzunlarla əlaqə sektoru və ABB-nin birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün təşkil olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Beynəlxalq Bankının Hüquqi təhlil və korporativ işlər şöbəsinin müdiri Ülkər Məmmədova və Müqavilələr və bank əməliyyatlarına hüquqi dəstək şöbəsinin müdiri Cavid Muxtarov “Peşəkar bank işçisi” mövzusunda çıxış edərək təlim iştirakçılarına bank işində idarəetmənin üstünlükləri, o cümlədən şəffaflıq və hesabatlılıq, korporativ maliyyənin idarə olunması, bank işçisinin vəzifə və öhdəlikləri, bu istiqamətlərdə beynəlxalq təcrübə barədə məlumat veriblər.

Tələbələrin bankların fəaliyyətində hüquq strukturunun rolu və banklarda hüquq istiqamətində karyera inkişafı barədə sualları cavablandırılıb. Sonda Karyera və məzunlarla əlaqə sektorunun əməkdaşı İlkin Şərifov BDU-da tələbələr üçün mütəmadi olaraq yeni təlim və layihələr həyata keçirildiyini vurğulayıb, onları seminar və treninqlərdə fəal iştirak etməyə çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.