ELM VƏ TƏHSİL
BDU-da tələbələr könüllülük hərəkatı barədə məlumatlandırılıb
Bakı, 2 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) tələbələrə Azərbaycan Könüllü Təşkilatları İttifaqı və üzv təşkilatlar barədə ətraflı məlumat verilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan “Könüllülük yarmarkası” layihəsi çərçivəsində təşkil olunan tədbirdə tələbələr könüllülük hərəkatının daha da genişlənməsinin perspektivləri barədə təkliflərini verib, müasir Azərbaycan gəncliyinin formalaşmasında könüllülüyün rolundan danışıblar. Çıxışlarda BDU-da bu istiqamətdə həyata keçirilən layihələrdən söz açılıb.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tələbələrin Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan təşkilatlar barədə məlumatlandırılması, könüllü fəaliyyətin tələbə gənclər arasında təbliğidir.