ELM VƏ TƏHSİL


BDU ilə Özbəkistanın Diplomatiya Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Diplomatiya Universitetinin rektoru Elyor Mahmudovla görüşüb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Görüşdə rektor E.Babayev Azərbaycanın ilk və ən böyük universiteti olan BDU-nun tarixi, fəaliyyəti, strukturu barədə məlumat verib. Qeyd edilib ki, 25 mindən artıq tələbəsi olan BDU-da elmin bütün istiqamətləri üzrə kadr hazırlığı aparılır. Rektor xalqlarımız arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələrindən danışıb, bu münasibətlərin bu gün uğurla davam etdiyini bildirib.

E.Babayev, eyni zamanda, BDU-nun beynəlxalq əlaqələrində türkdilli dövlətlərin ali məktəbləri ilə münasibətlərin önəmli yer tutduğunu, son illər Özbəkistanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr yaradıldığını və inkişaf etdiyini vurğulayıb.

BDU-da olmaqdan məmnun qaldığını deyən Özbəkistanın Diplomatiya Universitetinin rektoru Elyor Mahmudov elm və təhsil sahəsində ortaq layihələrin hər iki universitetin inkişafına fayda verəcəyinə əminliyini bildirib.

Sonra iki universitet arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.