ELM VƏ TƏHSİL


BDU-nun 250-dək əməkdaşı peyvənd olunub

Bakı, 17 aprel, AZƏRTAC

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Bakı Dövlət Universitetində (BDU) əməkdaşların vaksinasiyası uğurla davam edir. İki gün ərzində 250-dək əməkdaş peyvənd olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, universitetin əməkdaşları könüllü şəkildə məntəqəyə gələrək xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməklə vaksinasiya olunublar. Əməkdaşlar üçün bütün zəruri avadanlıq və şəraitlə, dezinfeksiyaedici məhlullarla təmin edilmiş gözləmə və istirahət otaqları yaradılıb.

BDU-nun müraciətini nəzərə alaraq Tibbi Ərazi Bölmələrin İdarəetmə Birliyi (TƏBİB) universitetin ərazisindəki poliklinikada səyyar vaksinasiya məntəqəsi yaradıb. Poliklinikada 2 qeydiyyat, 2 müayinə, 2 vaksinasiya otağı ən zəruri tibbi ləvazimat və müvafiq şəraitlə təmin olunub. Vaksinasiyanı TƏBİB-in peşəkar həkim briqadası həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.