ELM VƏ TƏHSİL


BDU-nun Hüquq fakültəsində təlim keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Səkinəxanım Rzayeva “Socialist Law Club” üzvü olan tələbələrə təlim keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim “Amnistiya və əfvetmə aktları haqqında, onların hüquqi təbiəti, tətbiqolunma qaydaları və bu aktların cəzadan azadetmənin başqa növlərindən fərqli cəhətləri" mövzusunu əhatə edib. Tələbələrə mərhəmət və humanizm aktları sayılan və cinayət qanunvericiliyində cinayət məsuliyyətindən və cəzadan azadetmənin bir növü kimi təsbit edilmiş hər iki institut haqqında ətraflı məlumat verilib. Amnistiya və əfvetmə aktlarının qəbul edilməsi və tətbiqi qaydalarının qanunvericiliklə tənzimi məsələləri təhlil olunub, bu normalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.