ELM VƏ TƏHSİL
BDU-nun Jurnalistika fakültəsində elmi seminar
Bakı, 17 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində “Jurnalistika” Elmi Tədqiqat Laboratoriyasının elmi işçisi Güney Mahmudovanın “Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dönəmindəki müsahibələrində Azərbaycan həqiqətləri” mövzusunda elmi seminarı olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva, kafedra əməkdaşlarının iştirak etdikləri seminarda G.Mahmudova bildirib ki, 44 günlük Vətən müharibəsi dönəmində dünyanın nüfuzlu telekanalları Prezident, Ali Baş Komandan İlham Əliyevdən müsahibələr aldılar. Bu müsahibələrdə dünya ictimaiyyəti Prezident İlham Əliyevin uğurlu diplomatiyasının şahidi oldu. Dövlətimizin başçısı bəzi jurnalistlərin Azərbaycana qarşı qərəzli suallarına son dərəcə diplomatik cavabları ilə onlara mükəmməl bir jurnalistika dərsi keçdi. Bu cavablar Azərbaycan həqiqətlərinin ifadəsi idi.
Sonda suallar cavablandırılıb.