ELM VƏ TƏHSİL


BDU-nun Kimya fakültəsində “Nizami Gəncəvi İli” çərçivəsində növbəti görüş

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Nizami Gəncəvi İli” çərçivəsində söz adamları ilə görüş” layihəsi davam edir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, kimya fakültəsinin dekan müavini Fuad Kərimli çıxış edərək yazıçı Varis Yolçuyevə tələbələrin dəvətini qəbul etdiyi üçün minnətdarlığını bildirib, söz-sənət adamları ilə görüşlərin tələbələrin dünyagörüşünün formalaşmasına müsbət təsirindən bəhs edib.

Yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Əməkdar jurnalist Varis Yolçuyev tələbələrə həyat və yaradıcılığı, gənclərin cəmiyyətimizdə aparıcı mövqeyi haqqında ətraflı məlumat verib. Yazıçılıq sənəti ilə yanaşı, jurnalist peşəsinin incəliklərindən də söhbət açan V.Yolçuyev müasir Azərbaycan oxucusunun mütaliə maraqları haqqında dəyərli fikirlər söyləyib, tövsiyələrini verib.

Görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.