ELM VƏ TƏHSİL
BDU-nun Qazax filialında imtahan sessiyası davam edir
Bakı, 18 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2020-2021-ci tədris ilinin iyunun 7-dən başlayan yaz semestrinin imtahan sessiyası uğurla davam edir. İyulun 2-dək keçiriləcək imtahanlar gün ərzində iki növbədə olmaqla onlayn qaydada təşkil olunur.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bakalavr səviyyəsi üzrə 59 qrupda 1138 tələbə, magistratura pilləsi üzrə isə 11 tələbə imtahanlarda iştirak edir. Sessiyada bakalavr səviyyəsi üzrə 338, magistratura pilləsi üzrə isə 27 imtahan keçiriləcək.
Yaz sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı filialda İmtahan Qərargahı və “Qaynar xətt” yaradılıb. Müraciətlərin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apellyasiya Komissiyası fəaliyyət göstərir.