ELM VƏ TƏHSİL


BDU-nun “SABAH” qruplarının tələbələri üçün ustad dərsi: İctimai sağlamlıq və texnologiya

Bakı, 17 may, AZƏRTAC

Münhen Texniki Universitetinin Sosial elmlər, Texnologiya və Cəmiyyət İnstitutunun elmlər doktoru Aysel Sultan Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının müvafiq ixtisaslarının II, III, IV kurs tələbələrinə “İctimai sağlamlıq və texnologiya” mövzusunda ustad dərsi keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsində ictimai sağlamlıq və texnologiya haqqında ümumi məlumatlar nümunələr əsasında təqdim olunub. Məruzəçi bu istiqamətlərin Azərbaycanda inkişaf tendensiyasından bəhs edib.

Dərsdə ontologiya və epistemologiya mövzularına toxunularaq sosioloji yanaşmalar müzakirə olunub.

Sonda texnologiyanın insanları bir araya gətirən, eyni zamanda, uzaqlaşdıran platforma olduğuna dair diskussiya aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.