ELM VƏ TƏHSİL


BDU-nun Şərqşünaslıq fakültəsində elmi seminar: Fars dilində omofonlar

Bakı, 4 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Fars dilində omofonlar” mövzusunda elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Şərqşünaslıq fakültəsinin dekan müavini “Nizami Gəncəvi İli” çərçivəsində BDU-da silsilə tədbirlər və tələbələr üçün ustad dərslərinin təşkil edilməsindən, eyni zamanda, fakültənin professor-müəllim heyətinin elmi fəaliyyətlərini işıqlandırmaq, apardıqları tədqiqat işlərinin istiqamətini elmi ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə elmi seminarların keçirilməsinin əhəmiyyətindən danışıb.

İran filologiyası kafedrasının dosenti Əsmətxanım Məmmədova “Fars dilində omofonlar” mövzusunda məruzəsində dünya dillərində omofonların fonetika daxilində öyrənilməsi, ərəb qrafikalı əlifbadan istifadə olunan fars əlifbasının xüsusiyyətindən asılı olaraq omofonların və omoqrafların zənginliyindən, fars dilinin fonetikası, qrafikası, orfoepiyası və orfoqrafiyası sahəsində apardığı tədqiqatlarda əldə etdiyi elmi nəticələrdən bəhs edib. Tədqiqatçı fars dilində omofonları səkkiz əsas bölmədə araşdırdığını göstərərək, nümunələr gətirməklə aparılan tədqiqatın aktuallığını izah edib.

Tədbir professor-müəllim heyətinin mövzu ətrafında müzakirəsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.