ELM VƏ TƏHSİL


BDU-nun dosenti beynəlxalq elmi konfransda məruzə edib

Bakı, 15 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı Türkiyənin Ufuk Universitetinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Sosial Elmlər Konfransında filologiya və ədəbiyyat bölməsinin iclasına sədrlik edib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Ələmdar Cabbarlı iclası açaraq öncə Vətən müharibəsində Azərbaycanın qazandığı parlaq Qələbədən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəkdən danışıb.

Sonra konfransın bölmə iclasında məruzələr dinlənilib və müzakirələr aparılıb. Ələmdar Cabbarlı beynəlxalq elmi konfransda “Bəxtiyar Vahabzadənin yaradıcılığında türk mədəniyyətinə və irsinə bağlılıq” mövzusunda məruzə ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.