ELM VƏ TƏHSİL
BDU-nun müəllim və tələbələri “Open Access E-Book Collection” resurslarından istifadə edə biləcəklər
Bakı, 30 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim və tələbə heyəti, Elmi Kitabxananın oxucuları Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “EBSCOHost” elektron platforması üzərindən “Open Access E-Book Collection” resurslarından istifadə edə biləcəklər.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, Açıq Elektron Kitablar Kolleksiyasında təhsil, tibb, iqtisadiyyat, tarix, riyaziyyat, fəlsəfə, psixologiya, qanunvericilik, ədəbiyyat və tənqid, incəsənət, memarlıq, din, mühəndislik, texnologiya, kompüter elmləri, siyasi, ictimai elmlərə dair, həmçinin uşaq və gənclər üçün bədii ədəbiyyat, dil öyrənmə, tədris vasitələri və s. məzmunlu çoxlu sayda kitablar təqdim edilir.
Açıq Elektron Kitablar Kolleksiyasından istifadə Elmi Kitabxananın elektron kitabxana bölməsinin tammətnli məlumat bazaları rubrikasından “EBSCO” linki vasitəsilə əlçatandır: