ELM VƏ TƏHSİL


BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü təşkil edilib

Bakı, 2 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə məzun günü keçirilib.

BDU-dan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcıları kollecin tarixi barədə məlumat veriblər.

BDU-nun prorektoru Əliş Ağamirzəyev məzunları təbrik edib, onlara uğurlar arzulayıb. O, kollecin gördüyü işləri, universitet ilə sıx əməkdaşlığı yüksək qiymətləndirib, məzunların gələcəkdə bacarıqlı mütəxəssis kimi ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına əmin olduğunu bildirib.

Kollecin direktoru Səhər Orucova əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini təbrik edib, ölkəmizdə elmə, təhsilə verilən dəyərdən danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyev də elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da daim təhsilin inkişafına böyük töhfələr verməkdədir. Kollecin direktoru 2021-2022-ci tədris ilində aparılan islahatlardan və nailiyyətlərdən danışıb.

Kollecin şöbə müdiri İradə Xudiyeva çıxışında məzunlara bəslənən ümidləri öz əməlləri ilə doğrultmağı məsləhət görüb, onlara uğurlar diləyib.

Tədbirdə məzunların hazırladıqları videoçarxlar nümayiş etdirilib, kollecin ictimai-mədəni, kütləvi tədbirlərində, eləcə də təhsildə fərqlənən bir qrup məzuna təşəkkürnamələr verilib.

Tədbirin bədii hissəsində tələbələr, məzunlar, gənc müğənnilər, musiqiçilər mahnılar səsləndirib, rəqs və karate qruplarının hazırladıqları nömrələr nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.