ELM VƏ TƏHSİL
BDU-nun tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar
Bakı, 18 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə IV kursda təhsil alan bir qrup tələbəsi AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, universitetin tələbələri ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Eyni zamanda, zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə edilən elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.
Universitetin 27 tələbəsindən ibarət birinci qrup martın 13-dək institutun laboratoriyalarında istehsalat təcrübəsi keçəcək.