SİYASƏT
BERNAMA agentliyi Bakıda şanlı Qələbə təntənəsi barədə AZƏRTAC-ın materialını yayıb
Kuala Lumpur, 12 noyabr, AZƏRTAC
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Qarabağ savaşında əldə edilən şanlı Qələbənin Bakı sakinləri tərəfindən böyük təntənə ilə qeyd olunması barədə AZƏRTAC-ın materialını yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Bakıda şanlı Qələbəyə həsr olunan bayram təntənəsi” adlı materialda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Qarabağ savaşında şanlı qələbəmizi qeyd etmək üçün Bakının küçə və meydanlarına çıxan paytaxt sakinlərinin bayram şənliyinin gecə saatlarınadək davam etməsindən bəhs olunur. Bildirilir ki, insanlar bütün günboyu tarixi Qələbədən doğan sevinc və qürur hisslərini paylaşıb, xalqımıza bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd olunur ki, Vətəni, Qarabağı, qəhrəman Azərbaycan əsgərini tərənnüm edən mahnılar, şux rəqslər bayram şənliklərinə xüsusi ovqat qatıb.
Məqaləyə AZƏRTAC-ın Bakıda yaşanan mənzərələrin əks olunduğu fotosessiyası da əlavə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur