MƏDƏNİYYƏT
BEYNƏLXALQ POEZİYA GÜNÜNƏ HƏSR OLUNMUŞ GECƏ
“Sodrujestvo” xalqların həmrəyliyi respublika cəmiyyətində beynəlxalq poeziya gününə, Səməd Vurğunun anadan olmasının 98 illiyinə və cəmiyyətin nəzdindəki poeziya klubunun 3 illiyinə həsr olunmuş gecə təşkil edilmişdir. Tədbirdə çıxış edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məsləhətçisi Vladimir Jitnikov Azərbaycanda rus dili və poeziyası həvəskarlarının çoxluğundan məmnun qaldığını bildirmiş və qeyd etmişdir ki, səfirlik rusdilli müəllifləri dəstəkləmək niyyətindədir.
Poeziya klubunun üzvləri və dəvət olunmuş şairlər şerlərini oxumuş, bakılı bard Aleksandr Xakimov Bakı şairləri Mənsur Vəkilovun, A.Talıbovanın və Mona Morduxayevanın sözlərinə yazılmış mahnıları ifa etmişdir. Poeziya klubunun rəhbəri Marat Şəfiyevin yeni “Aritmiya” şerlər toplusunun təqdimatı olmuşdur.