SİYASƏT
BEYNƏLXALQ SİMPOZİUM İŞİNİ DAVAM ETDİRİR
Azərbaycan Dövlət İqtisad Universiteti “Türk dünyası işlətmə” fakültəsinin və Türk Dünyası araşdırmalar Vəqfinin təşkil etdiyi forum mayın 25-də öz işini “İqtisadi inteqrasiya, yenidənqurma və iqtisadi transformasiya”, “Qloballaşma prosesində rəqabət şərtləri, firmalar və sahibkarlıq fəaliyyəti” bölmələrində davam etdirmişdir.
Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri professor Şahlar Əsgərovun “Heydər Əliyev və Mustafa Kamal Atatürk: tarixi missiyalarda oxşarlıq” mövzusunda məruzəsi dinlənildikdən sonra professorlar Mətin Özkulun, Tofiq Quliyevin, Qeybulla Qeybullayevin, doktorlar Kemal Demircinin, Orhan Elmacının, Murat Kayaların, Ramazan Kaynakın, Ahmet Qaraaslanın, Rakif Fərəcovun, Alparslan Pekerin və başqalarının iqtisadi mövzularda məruzələri müzakirə edilmişdir.
Simpozium öz işini davam etdirir.