BEYNƏLXALQ TƏŞKİLATIN KÖMƏYİ RAZILIQLA QARŞILANMIŞDIR
BMT-nin İnkişaf Proqramının “Dağ rayonlarında yoxsulluğun aradan qaldırılması” layihəsinə uyğun olaraq, Qəbələ rayonunun 5 kənd məktəbində və 4 uşaq bağçasında əsaslı təmir işləri aparılmış, əlavə sinif otaqları, yardımçı binalar tikilmişdir.
Uşaqlar, müəllimlər və valideynlər beynəlxalq təşkilatın bu xeyirxah qayğı və köməyindən razı qalmışlar.