İQTİSADİYYAT


BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN EKSPERTLƏRİ BAKIYA GƏLƏCƏKLƏR

“Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması haqqında Konvensiya” layihəsi və “Azərbaycan Respublikası hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsi üzrə müzakirələrin aparılması məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ekspertlərindən ibarət nümayəndə heyəti avqustun 11-dən 15-dək Bakıda səfərdə olacaqdır.

Səfər zamanı hər iki layihənin Azərbaycan və BƏƏ ekspertləri səviyyəsində müzakirə edilərək razılaşdırılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, adları çəkilən layihələrin imzalanması hər iki ölkənin işgüzar dairələrinə əlverişli şərait yaradacaq, BƏƏ iş adamlarının respublikamızın iqtisadiyyatına daha çox sərmayə qoymalarına rəvac verəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.