İDMAN


BİR SIRA İKİTƏRƏFLİ SAZİŞLƏR İMZALANMIŞDIR

Gənclər, İdman və Turizm Nazirliyi nümayəndə heyətinin Bolqarıstan və Yunanıstana səfərləri başa çatmışdır. Səfər zamanı Azərbaycanla Bolqarıstan arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında ikitərəfli sazişlər, habelə XXVIII Olimpiya oyunları keçiriləcəyi günlərdə Azərbaycan yığma komandasının və azarkeşlərin Afinada yerləşdirilməsi haqqında saziş imzalanmışdır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nümayəndə heyətinin rəhbəri – Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti, nazir Əbülfəz Qarayev Beynəlxalq Olimpiya Komitəsinin Afinada keçirilən iclasında iştirak etmişdir. İclasda qarşıdakı Olimpiadaya hazırlıq məsələləri müzakirə olunmuşdur. Yunanıstanın “İon tur” və Azərbaycanın “İmproteks” turizm şirkətləri arasında saziş imzalanmışdır. Sənəddə Azərbaycandan olan idmançıların və qonaqların yerləşdirilməsi şərtləri razılaşdırılmışdır. İdmanın və turizmin inkişafına məsul olan dövlət qurumlarının rəhbərləri ilə də bir sıra görüşlər keçirilmişdir.

Bolqarıstana səfər zamanı bu ölkənin MOK-un başçısı İvan Slavkovla, Gənclər, İdman və Turizm Nazirliyinin rəhbərliyi ilə görüşlər olmuşdur. Görüşlərdə gənclər siyasəti və idman sahəsində ikitərəfli əməkdaşlığı genişləndirmək məsələləri müzakirə edilmiş, müvafiq saziş imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.