DÜNYA
BMT: münaqişələr nəticəsində qaçqınların sayı rekord həddə - 48 milyona çatıb
Bakı, 28 oktyabr, AZƏRTAC
Münaqişələr nəticəsində dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə - 48 milyon nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işi üzrə xüsusi məruzəçisi Sesilya Himenes-Damari təşkilatın Baş Assambleyasının üçüncü komitəsində çıxışı zamanı deyib.
“Silahlı münaqişələr və zorakılıqlar nəticəsində evlərini tərk edən insanların sayı 48 milyon nəfərə çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Münaqişələr və geniş yayılmış zorakılıq şəraitində beynəlxalq humanitar hüquq və insan haqlarının yerinə yetirilməsini təmin etmək getdikcə çətinləşir”, - deyə Sesilya Himenes-Damari bildirib.
Onun sözlərinə görə, münaqişələr və zorakılıqlar, həmçinin təbii fəlakətlər və 2020-ci ildən başlayan pandemiya səbəbindən əhalinin yerdəyişməsi daha da kəskinləşə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]