CƏMİYYƏT


BMT-nin İqtisadi və Sosial Şurasının Forumu başa çatıb

Bakı, 22 iyul, AZƏRTAC

BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Nyu-Yorkda keçirilən Yüksəksəviyyəli Forumu başa çatıb. AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, ECOSOC-un prezidenti xanım İnqa Kinq tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf Hədəflərinə töhfə verdiyini bildirib. O əlavə edib ki, hüquqların genişləndirilməsi, şəffaflıq və bərabərlik istiqamətində görülən işlər nikbinlik üçün əsas verir.

ECOSOC-un prezidenti bildirib ki, dünyanın bir çox ölkələrində insanların sosial-iqtisadi problemlərin həllinə cəlb edilməsi işsizliyin və yoxsulluğun səviyyəsinin azalmasında mühüm rol oynayır. Onun sözlərinə görə, hökumətlər iqlim dəyişməsi fonunda ətraf mühitin qorunması və biomüxtəlifliyin təmin edilməsi sahələrində daha ciddi addımlar atmalıdır. İ.Kinq qeyd edib ki, urbanizasiya prosesinə nəzarət olunması, yeni texnologiyaların tətbiqi əsrində insanların iş yerlərini itirməməsi dünyada sabitliyin bərqərar olmasının əsas amilləridir. Şuranın prezidenti vurğulayıb ki, ən vacib məsələlərdən biri də təhsilin hamı üçün əlçatan olmasıdır. “Hökumətlər inşaların ehtiyaclarına daha həssas yanaşmalı, xüsusən inkişaf etməkdə olan və əhalinin gəlirlərinin az olduğu ölkələrdə sosial bərabərliyin maksimum təmin edilməsinə şərait yaratmalıdır”, deyə o vurğulayıb.

Forumda qeyd edilib ki, 2030-cu ilədək dünyada 1,8 milyard insan - əhalinin yaşlı hissəsinin üçdəbiri uzunmüddətli işsizlik problemi ilə üzləşə bilər. Bu səbəbdən elmin və texnologiyaların sürətli inkişafından cəmiyyətin rifahı üçün istifadə edilməli, texnoloji tərəqqi qeyri-bərbərliyin artmasına gətirib çıxarmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.