DÜNYA


BMT-nin baş katibi Yeni il münasibətilə dünya ölkələrini və vətəndaşlarını təbrik edib

Bakı, 31 dekabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş yeni 2019-cu il münasibətilə dünya ölkələrini və vətəndaşlarını təbrik edib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı BMT-nin baş katibi beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Əziz dünya vətəndaşları, Sizə xoşbəxtlik, sülh və firavanlıq dolu yeni bir il arzulayıram.

Ötən il, mən həyəcan təbili çaldım və o zaman qeyd etdiyim təhlükələr hələ də qalmaqdadır. Çoxları üçün narahat dövrdür və dünyamız ciddi sınaqdan keçir.

Gördüyümüz işlər iqlim dəyişikliyinin sürətindən geri qalır. Geosiyasi bölünmələr dərinləşməklə münaqişələrin həllini daha da çətinləşdirir. Təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün doğma yuvalarını tərk edən insanların sayı rekord həddə çatır. Bərabərsizlik artır. İnsanlar bir qrup şəxsin, dünyanın digər yarısının birgə malik olduğu sərvətə sahib olduğu dünyanın ədalətini tələb edirlər. Dözümsüzlük halları artır, etimad azalır. Amma ümidlər üçün də səbəblər var.

Yəməndəki danışıqlar sülh üçün yeni bir imkan yaratdı. Efiopiya və Eritreya arasında sentyabr ayında Riyadda imzalanmış müqavilə uzun müddət davam edən gərginliyi səngitdi və bütün regiona yeni perspektivlər gətirdi. Cənubi Sudan münaqişəsi tərəflərinin razılaşması sayəsində son dörd ayda ötən dörd ildən daha çox irəliləyiş əldə edərək sülh imkanlarını gücləndirdi. Katoviç şəhərində ölkələri bir araya gətirən Birləşmiş Millətlər Təşkilatı Paris Konvensiyasının icrası üçün İş Proqramını təsdiqləməyə nail oldu. İndi biz mövcud təhlükəni aradan qaldırmaq istiqamətində səylərimizi artırmalıyıq.

Sonuncu ən yaxşı şansı istifadə etmək vaxtıdır. İdarə edilməyən və təkrarlanan iqlim dəyişikliyi problemini həll etməyin zamanıdır.

Bu yaxınlarda BMT-də həyatları xilas etməyə kömək göstərəcək və mifləri aradan qaldıracaq miqrasiya və qaçqınlara dair mühüm qlobal razılaşmalar əldə olundu.

Hər yerdə insanlar sağlam planetdə sülhə, ədalətə və rifaha nail olmaq üzrə planımızın - Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün səfərbər olunurlar. Beynəlxalq əməkdaşlıq olanda bütün dünya qalib gəlir.

2019-cu ildə Birləşmiş Millətlər Təşkilatı əlaqələr qurmaq və həll yollarına şərait yaratmaq məqsədilə insanları bir araya gətirməyə davam edəcək. Belə də davam edəcək və heç vaxt təslim olmayacağıq.

Gəlin, Yeni ildən təhdidlərlə üzləşməyi, insan ləyaqətini müdafiə etməyi və birgə daha yaxşı bir gələcək qurmağı qarşımıza məqsəd qoyaq!

Yeni ildə Sizə və ailələrinizə əmin-amanlıq və sağlamlıq arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.