Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT-nin baş katibinə Ermənistan tərəfindən Azərbaycanın ətraf mühitinə vurulan ziyanla bağlı məktub göndərilib

BMT-nin baş katibinə Ermənistan tərəfindən Azərbaycanın ətraf mühitinə vurulan ziyanla bağlı məktub göndərilib

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin baş katibinə ünvanlanmış məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib və yayılıb.

Məktubda xatırladılır ki, BMT Baş Məclisinin 5 noyabr 2001-ci il tarixli 56/4 nömrəli, həmmüəlliflərindən birinin Azərbaycan olduğu qətnaməsinə müvafiq olaraq, hər il noyabrın 6-da Beynəlxalq Müharibələr və hərbi münaqişələr dövründə ətraf mühitin istismarının qarşısının alınması günü qeyd edilir.

Azərbaycan səfiri qeyd edir ki, adıçəkilən qətnamədə, habelə BMT Baş Məclisi tərəfindən daha əvvəl qəbul edilmiş “Hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsi” adlı qətnamədə, 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf Sahəsində Gündəlikdə və “Silahlı münaqişələrin baş verdiyi rayonlarda ətraf mühitin qorunması haqqında” 2016-cı ilin mayında BMT Baş Məclisi tərəfindən bəyənilmiş qətnamədə dövlətlərin, o cümlədən ətraf mühitin qorunması sahəsində, beynəlxalq hüquqa riayət etməsi və beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi toxunulmazlığına qarşı güc tətbiq edilməsi ilə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməsi tələbi xüsusi vurğulanır.

Azərbaycanlı diplomat bildirir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində suveren Azərbaycanın ərazisinin təxminən 20 faizi işğal edilib, on minlərlə insan həlak olub, bir milyondan çox azərbaycanlı öz evlərindən zorla qovulub və əmlakından məhrum edilib. Bu təcavüz həm də ətraf mühitə meşələrin məhv olunmasında, torpaqların yandırılmasında, münbit torpaqların deqradasiyasında, su resurslarının çirkləndirilməsində və heyvanların tələf olmasında təzahür edən dağıdıcı təsir göstərib.

Bununla əlaqədar BMT baş katibinin diqqəti ona cəlb edilir ki, Azərbaycanda xüsusi ekoloji mühafizə altında olan ərazilərin ümumi sahəsi 890.000 hektardır. Hazırda bu ərazilərin 42.997 hektarı, o cümlədən 152 təbii abidə, 5 geoloji obyekt, 2 təbii qoruq, 4 qoruq zonası və 7 göl ermənilərin hərbi işğalı altındadır. Bundan əlavə 247.352 hektar meşə, o cümlədən yüzlərlə nadir ağac cinsinin, məsələn çinar, qoz ağacı, palıd, həmişəyaşıl şümşad, Eldar şamı, xurma və digər ağac növlərinin təmsil olunduğu 13.197 hektar qiymətli meşə işğal altındadır.

Məktubda vurğulanır ki, münaqişənin lap əvvəlindən Ermənistan silahlı qüvvələri Azərbaycanın ətraf mühitinə, o cümlədən onun işğal olunmuş ərazilərinə bilərəkdən genişmiqyaslı, uzunmüddətli və ciddi ziyan vurublar.

Məktubda xatırladılır ki, BMT Baş Məclisi özünün 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsində işğal olunmuş ərazilərdə törədilən yanğınlara görə ciddi narahatlığını bildirib və az sonra ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası həmin qətnaməyə müvafiq olaraq bu rayonlarda olub, yanğınlar nəticəsində vurulmuş ekoloji və iqtisadi ziyan barədə, habelə bu yanğınların insanların sağlamlığına və təhlükəsizliyinə yaratdığı təhdid barədə rəy verib.

Azərbaycanın daimi nümayəndəsinin məktubunda o da qeyd edilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi yüz minlərlə Azərbaycan vətəndaşını içməli sudan məhrum edir, münbit torpaqların eroziyasına, torpaqların susuzlaşmasına və səhralaşmasına səbəb olur, regionun təbii resurslarına, flora və faunasına ciddi mənfi təsir göstərir.

Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli 2085 nömrəli qətnaməsi xatırladılır. Həmin sənəddə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib. Assambleya xəbərdarlıq edib ki, Sərsəng bəndinin pis vəziyyətdə olması nəticəsində bütün region üçün təbii fəlakət və humanitar böhran kimi ciddi təhlükə yaranır. Assambleya Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və su resurslarından siyasi təsir vasitəsi və ya öz maraqları üçün təzyiq göstərilməsi üçün istifadə olunmasına son qoyulmasını tələb edib.

Bundan əlavə, BMT baş katibinin nəzərinə çatdırılır ki, Azərbaycanın işğal edilmiş ərazilərində təbii resurslardan vəhşicəsinə istifadənin davam etməsi nəticəsində regiona ciddi ziyan vurulur. Xüsusi qeyd edilir ki, bu cür istismar Ermənistana, eləcə də həmin ərazilərdə onun yaratdığı və ona tabe olan separatçı rejimə xeyli mənfəət gətirir, bu mənfəətdən şəxsi varlanmaq və müharibəni maliyyələşdirmək məqsədi ilə istifadə edilir.

Azərbaycan səfiri bildirir ki, transsərhəd çaylar Ermənistandan atılan tullantılar hesabına bilərəkdən çirkləndirilir və son nəticədə həmin tullantılar Azərbaycan ərazisində çökür. Məktubda deyilir: “Ermənistanın Sünik rayonundakı çayların Qafan filizsaflaşdırma kombinatının və Zəngəzur mis-molibden kombinatının istehsal tullantıları ilə, habelə radioaktiv və zəhərli tullantıların saxlandığı “Arsvanik” anbarı vasitəsilə çirkləndirilən suları transsərhəd Oxçuçay çayına, daha sonra Azərbaycanın işğal altında olan Zəngilan rayonunun ərazisinə və Araz çayına daxil olur”.

Azərbaycanın daimi nümayəndəsinin məktubunda ciddi narahatlıq doğuran daha bir məsələ - Azərbaycanın işğal edilmiş ərazilərindən qanunsuz şəkildə daşınan oduncaqla alver məsələsi qaldırılır. Məktubda deyilir: “Təkcə 1993-cü ildə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistana təqribən 206.600 kubmetr qiymətli oduncaq növü daşınıb. 1996-cı ildə Azərbaycanın işğal altında olan Zəngilan rayonunun Leşkər meşə zonasında 55 hektar sahədə 1957 və 1958-ci illərdə əkilmiş qoz ağacları kəsilib. 2003-cü ildə işğal edilmiş ərazilərdə təqribən 10.000 ədəd qoz ağacı kəsilib. 2010-cu ildə təqribən 45.359 kubmetr, 2013-cü ildə 96.237 kubmetr oduncaq tədarük edilib. Əldə olan sənədlərə görə, işğal edilmiş ərazilərdə meşələrin qanunsuz qırılması miqyası artmaqdadır”.

Yuxarıda deyilənlərlə əlaqədar Azərbaycan tərəfi bəyan edir ki, Ermənistan beynəlxalq hüququ pozmağa görə, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərində ətraf mühitə vurulmuş ziyan nəticəsində təbii resursların tükənməsinə görə beynəlxalq məsuliyyət daşıyır. Azərbaycanın daimi nümayəndəsinin məktubunda deyilir: “Bütün bunlar bir daha təsdiq edir ki, təcavüzkarın cəzasızlığına son qoymaq, Dağlıq Qarabağın və Azərbaycanın işğal altında olan digər ərazilərinin erməni işğalından azad olunmasını təmin etmək məqsədilə beynəlxalq birlik tərəfindən təcili və təsirli tədbirlər görmək üçün ardıcıl səy göstərilməsi zəruridir”.

Azərbaycanlı diplomat daha sonra yazır ki, əgər insanların mövcudluq vəsaitlərinin mənbələrini təmin edən ətraf mühit məhv edilir, çirkləndirilir və vəhşicəsinə istismar edilirsə, möhkəm sülh ola bilməz. Sonda BMT baş katibinin 2016-cı il noyabrın 6-da Beynəlxalq Müharibələr və hərbi münaqişələr dövründə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə müraciətindən sitat gətirilir: “Biz həm dinc dövrdə, həm də müharibə dövründə ətraf mühitin qayğısına qalmalı, ekoloji cinayətlərə qarşı mübarizədə və təbii resursların qanunsuz istismarının qarşısının alınması məsələsində əlbir fəaliyyət göstərməliyik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır