DÜNYA


BMW Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq

Pekin, 11 oktyabr, AZƏRTAC

Almaniyanın məşhur avtomobil istehsalçısı “BMW Group” Çinə 3,5 milyard ABŞ dolları məbləğində sərmayə yatıracaq.

AZƏRTAC xəbər verir ki, BMW-nin Çindəki partnyoru “Brilliance China Automotive Holdings” ilə əməkdaşlığı növbəti 22 il müddətinə uzadılmasına dair müqavilədə belə qeyd olunur. Razılaşmaya əsasən, birgə müəssisə olan “BMW Brilliance Automotive”in Çinin Şenyan şəhərindəki iki zavodunun sahəsi genişləndirilməklə, istehsal çoxaldılacaq. Qarşıdakı 3-5 ildə ümumi istehsal gücü ildə 650 min avtomobilə çatdırılacaq, 5 min yeni iş yeri yaradılacaq.

BMW-nin yaydığı məlumata əsasən, şirkət “BMW Brilliance Automotive”dakı payını 50 faizdən 75 faizə qaldırmaq niyyətindədir.

Qeyd edək ki, 2003-cü ildə yaradılan “BMW Brilliance Automotive” birgə müəssisəsi BMW avtomobillərinin istehsalı, idxalı və satışı ilə məşğuldur. Ötən il Çində 560 min BMW avtomobili satılıb ki, onun üçdə ikisi Şenyan şəhərindəki zavodlarda yığılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.